Onlar “Qarabağ”da nömrələrini dəyişdilər

“Qarabağ”da 3 futbolçu yeni mövsümdə geyinəcəyi formaların nömrəsini müəyyənləşdirib.

Newsport.az-ın rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, qapıçı Şahruddin Məhəmmədəliyev 1 (ötən mövsüm 12), hücumçular Dino Ndlovu 9 (ötən mövsüm 6), Ağabala Ramazanov isə 10 (ötən mövsüm 44) nömrəli formayla mübarizə aparacaq.

Qeyd edək ki, ötən mövsüm “Qarabağ”da 1 nömrəli formanı Boyan Şaranov, 10 nömrəli formanı Muarem Muarem geyinirdi, 9 nömrəli forma isə boş idi. Adları çəkilən son 2 futbolçuyla mövsüm yekunlaşandan sonra müqavilənin müddəti uzadılmayıb və onlarla yollar ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right