Zaur Svanadze: “Toplanışda ən yaxşı oyunlarımızdan birini keçirdik”

Türkiyədə təlim-məşq toplanışında olan İnter Rumıniyanın "Viitorul "FK ilə yoxlama matçı keçirib və 2:1 hesablı qələbə qazanıb.

Newsport.az-ın məlumatına görə, oyundan sonra paytaxt klubunun baş məşqçisi Zaur Svanadze matç barədə fikirlərini açıqlayıb və ümumilikdə toplanışı qiymətləndirib.

"Bu gün keçirdiyimiz oyun Avropa Liqası matçları ərəfəsində başlıca repetisiya idi. Yaxşı komanda ilə qarşılaşdıq, futbolçularımız özlərini yaxşı tərəfdən göstərdilər. Baxımlı futbol sərgilədik, qol vəziyyətləri yaratdıq. Demək olar ki, toplanışda ən yaxşı oyunlarımızdan birini keçirdik. Oyundan razı qaldım, uşaqlar taktiki tapşırıqları yerinə yetirdilər. Toplanış məhsuldar keçdi. Birinci və ikinci oyunları yükləmələr fonunda keçirdik. Uşaqlar məşqlərdə vicdanla hazırlaşdılar. Toplanış barədə ümumi qiymət müsbətdir. Yaratdığı şəraitə görə klub rəhbərliyinə təşəkkürümü bildirirəm. Bundan sonra Avroliqa oyunlarınadək hazırlığımızı Bakıda davam etdirəcəyik".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right