"İnter" Rumıniya klubunu belə məğlub etdi

Türkiyədə təlim-məşq toplanışında olan Bakının "İnter" klubu bu gün sonuncu yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Bakı təmsilçisi Georgi Hacinin baş məşqçisi olduğu Rumıniyanın "Vitorul" klubu qarşılaşıb.

Düzce stadionunda keçirilən oyun "İnter"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını qolları Rauf Əliyev və Samir Zərgərov vurub.

Qeyd edək ki, "İnter" bundan əvvəl yoxlama oyunlarında "Zirə"yə uduzub (0:2), Kamerunun "Colombe Sportive du Dja et Lobo" klubuna qalib (1:0) gəlib.

17 iyun, yoxlama matçı

"İnter" - "Vitorul" - 2:1

Qollar: Rauf Əliyev, Samir Zərgərov

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right