Lafferti Avstriyada "Qarabağ"a qoşulacaq

Şimali İrlandiya millisinin hücumçusu Kayl Lafferti Avstriyada "Qarabağ"a qoşulacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Məlumata görə, futbolçuyla klub arasında Bakıda baş tutan Azərbaycan - Şimali İrlandiya matçından sonra danışıq olub. Laffertiylə münasibətlər iyulda rəsmiləşdiriləcək.

Qeyd edək ki, forvard DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Bakıda baş tutan görüşün ardından "Qarabağ"dan təklif almadığını, alacağı halda müsbət qarşılayacağını söyləmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right