"Qəbələ" MOİK və "Vakker"lə qarşılaşacaq

İyunun 7-dən Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” 2017/18 mövsümünün hazırlıqlarını davam etdirir.
 
Newsport.az-ın məlumatına görə, məşqlərini Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində gerçəkləşdirən “qırmızı-qaralar” gündə iki dəfə məşq keçir. 
 
Komanda günün ilk yarısında fitness - zalda fiziki hazırlıq üzrə çalışmalara üstünlük verir. İkinci məşq isə meydançada toplu çalışmalardan ibarət olur.
 
Artıq milli komandanın düşərgəsindən qayıdan futbolçular da komanda çalışmalarında iştirak edir. Cavid Hüseynov, Elvin Məmmədov, Ürfan Abbasov və Araz Abdullayevlə yanaşı, yeni legioner ispaniyalı Xavyer Ernandes Qonzales də məşqlərə qatılıb.
 
Yerli “Fulpmes” (8:0) və Rusiya “Axmat”ı (0:1) ilə qarşılaşmalarda forma geyinə bilməyən oyunçular “qırmızı-qaralar”la yeni mövsüm üçün ilk məşqlərini keçiriblər.
 
Sabah komanda Avstriyada növbəti sınağına çıxacaq. “Qəbələ” Avstriyanın “Vakker” və Bolqarıstanın MOİK klubları ilə birlikdə “Stubay Cup”da qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmalarda klublar bir-biri ilə 1 hissədən ibarət matçlarda üz-üzə gələcək.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right