"Qarabağ" Avstriyaya çatdı FOTO

Son Azərbaycan çempionu "Qarabağ" bu gündən etibarən 2017/18 mövsümü üçün hazırlığın ikinci mərhələsinə start verib.

Newsport.az-ın məlumatına görə, günorta saatlarında Bakı-İstanbul-Zalsburq reysi ilə Avstriyaya yola düşən Ağdam təmsilçisi artıq mənzil başına çatıb. Komanda ötən illərdə olduğu kimi, Almaniya - Avstriya sərhədində yerləşən Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşıb. Axşam yeməyindən sonra futbolçular istirahətə çəkilib.

Qurban Qurbanovun yetirmələri sabahdan etibarən məşqlərə başlayacaqlar.

Qeyd edək ki, "Qarabağ"ın milli komandaların heyətlərində olan futbolçuları iyunun 20-də düşərgəyə qoşulacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right