AFFA-nın ilk prezidenti vəfat etdi

AFFA-nın ilk prezidenti Fuad Musayev dünyasını dəyişib.

Newsport.az-ın məlumatına görə, o, bu gün saat 12:00 radələrində Moskvada vəfat edib. Keçmiş AFFA rəhbəri böyrək çatışmazlığından əziyyət çəkirmiş.

Qeyd edək ki, Musayev Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ilk prezidenti seçilib və uzun müddət AFFA-ya rəhbərlik edib. O, bu ilin yanvarında 79 yaşını qeyd etmişdi.

Allah rəhmət eləsin!

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right