Rəşad Sadıqov təkcə futbolçu deyil YAZI

Dünən Gündüz Abbaszadə ilə Emin Abbasovun CBC Sport-dakı verilişində qonaq olan dəyərli bəstəkar Eldar Mansurov bütün dövrlər üçün aktual olan fikiri yenidən təkrarladı: Azərbaycan futbolunda şəxsiyyət problemi var. 


Oyunu ilə yüz minlərin sevimlisinə çevirilən futbolçular görmüşük ki, bir hərəkəti ilə hamının gözündən düşüb. Pul yığmaq üçün yubiley edənlər, ildə bir neçə dəfə ad günü keçirənlər, dələduzluqda ittiham olunub içəridə yatanlar. 


Belə şəraitdə yaxşı futboçu, sözünün üstündə duran məşqçi, heç kimin qabağında əyilməyən idarəçi yetişdirmək əhalisinin 70 faizinin xokkeylə məşğul oduğu Finlandiyada Aleksandr Karelin səviyyədə güləşçi axtarmaq kimi bir şeydir. 


“Zirə” – “Qəbələ” oyunundan sonra əsəblər tarıma çəkilmiş, hakimlər, “Qarabağ” – “Zirə” dostluğu mövzuları ön plana keçmişdi. Amma Rəşad Sadıqov rahat şəkildə təklifimizi müsbət dəyərləndirib “Üçüncü Hissə”yə gəldi. Qonaqlara heç vaxt sualları göstərmədiyimdən Sadıqov da onu nələrin gözlədiyini bilmirdi. Bir saatlıq verilişdən sonra anladım ki, Rəşad bir neçə ildən sonra millinin baş məçqçisi də ola bilər, hər hansı klubun rəhbər şəxsi də. Natiqlik qabiliyyəti, insanları inandırmaq bacarığı, liderlik - bütün bunlar onda var. Və ən əsası aşıb-daşan enerji, zəhmət sevərlik. Əgər elə bilirsinizsə, Sadıqov yalnız milli komanda və “Qarabağ”ı düşünür, yaşayır, yanılırsınız. 


“Qarabağ”ın 19 yaşlılardan ibarət komandasının baş məşqçisi olan Rəşad sutkanın 24 saatının 16-da iş başındadır. Deyə bilərsiniz ki, bəs peşəkarlıq? Axı o özünü, oyununu düşünməlidir. Amma fakt Rəşad meydanda da canını qoyur. O, olmayan matçlarda milli də, “Qarabağ” da istənilən səviyyədə oynamır. Sadıqov təkcə futbolçu deyil, Azərbaycan idmanında özünü sübut etmiş qüvvədir, şəxsiyyətdir! Belə insanlara isə indi çox ehtiyac var. O, 5 manata görə əqidəsini qurban verməyəcək, kiminsə sifarişi ilə işləməyəcək, əksinə, yanlış yolda olsa belə, dediyini yeritməyə çalışacaq. Hansısa görüşləri ilə mən də razı deyiləm, həm də tamam ayrı dünyanın adamlarıyıq. Amma Rəşadın müstəqillik dövrünün ən yaxşılarından biri olması heç kimdə şübhə doğurmamalıdır. 


Futbolçu kimi çata bilmədiyin arzulara məşqçi kimi çatasan, ay 14 nömrə!

 

Elnur Məmmədli





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right