"Qarabağ" Avstriyaya yollandı

Növbəti mövsümün hazırlığını davam etdirən "Qarabağ" dünən toplanışın ilkin mərhələsini başa vurub.
 

Newsport.az-ın məlumatəna görə, Ağdam təmsilçisi bu gün təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyaya yollanıb.

 

"Qarabağ" toplanışda bir neçə yoxlama görüşü də keçirəcək.

 

Azərbaycan çempionu ilk matçını iyunun 20-də Rusiya təmsilçisi “Axmat”a qarşı keçirəcək. Ayın 24-də Sofiya MOİK-i ilə üz-üzə gələcək ağdamlılar 4 gün sonra yenidən meydana ayaq basacaqlar. Budəfəki rəqib isə Rusiya Premyer Liqasına qayıdan “Dinamo” (Moskva) olacaq.

 

Qurban Qurbanov yetirmələrini daha 1 və ya 2 sınaq matçında yoxlaya bilər. Bu isə iyunun 19-da keçiriləcək Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatmasından asılı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right