"Bunu mən deyə bilmərəm, məşqçidən asılıdır" "Qarabağ"ın yeni transferi

Yeni mövsümə hazırlaşan “Qarabağ” klubu dünən yoxlama görüşündə həvəskarlar liqasında çıxış edən “Bakı” klubu ilə qarşılaşıb – 9:0.

Matçdan sonra “Qarabağ”ın yeni transferi Abbas Hüseynov newsport.az  saytının əməkdaşının da suallarını cavablandırıb.

- “Bakı” klubuna qarşı oynadın. Bu, həm də rəsmi olmasa da, “Qarabağ”da ilk matçın idi. Nə hisslər keçirirsən?

- İstər-istəməz özümdən asılı olmasa da, həyəcan var idi. Amma çalışdım ki, həyəcanımı boğum, çıxıb öz oyunumu oynayım. Qalib gəldik. İnanıram ki, bundan sonra daha yaxşı oynayacağıq. Hər şey yaxşı olacaq.

- Komandada özünü necə hiss edirsən? Kollektivə uyğunlaşa bilirsənmi?

- Burada hələ təzəyəm. Uyğunlaşmaq deyəndə ki, futbolçuların çoxu ilə tanışlığım var idi. Bəziləri “İnter”də oynayanlar idi. Yeni komandadayam. Amma hər kəs bir nəfər kimi can yandırır. Yavaş-yavaş uyğunlaşıram.

- Keçmiş komandanla müqayisədə, “Qarabağ”da heyət daha zəngindir. Hər mövqedə heyətə düşmək üçün bir neçə futbolçu mübarizə aparır. Necə düşünürsən, heyətə düşmək üçün Qurban Qurbanovun etimadını qazana bilərsənmi?

- Bunu mən deyə bilmərəm, məşqçidən asılıdır. Çalışıram ki, məşqlərimi edim, özümü yaxşı tərəfdən göstərə bilim. İnşallah, hər şey yaxşı olar.

- “Qarabağ”ı seçəndə fikirləşirdinmi heyətə düşmək daha çətin olacaq?

- Əlbəttə. Bütün bunları fikirləşmişəm. İstər-istəməz hər bir komandada heyətə düşmək, məşqçinin etimadını doğrultmaq çətin olur, təkcə “Qarabağ”da deyil. Bura gəlmişəmsə, deməli, çəkinməmişəm. Ümid edirəm, hər şey yaxşı olar.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right