"Qəbələ" "Axmat"a uduzdu YENİLƏNİB

Avstriyada hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün ikinci yoxlama matçını keçirib.
 
Newsport.az-ın məlumatına görə, Avropa Liqasında ölkəmizi təmsil edəcək “qırmızı-qaralar” Rusiyanın Premyer Liqa təmsilçisi “Axmat”la qüvvəsini sınayıb.
 
İlk matçında “Fulpmes”i 8:0 hesabı ilə qalib gələn “Qəbələ” ikinci oyununda nisbətən güclü komanda ilə qarşılaşacaq.
 
 
Qeyd edək ki, iyunun 23-dək Avstriyada hazırlıq keçəcək “Qəbələ” daha 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” ayın 19-da “Botev” (Bolqarıstan), 22-də isə “Ludoqorets”lə (Bolqarıstan) qarşılaşacaq.
 
 
 
Yoxlama oyunu
 
15 iyun
 
20:00. “Qəbələ” – “Axmat” 0:1
 
. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 7. İlar Qurbanov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov (k), 15. Vitali Vermidub, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 26. Ülvi İbazadə, 
 
Avstriya, İnsbruk
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right