"Neftçi"dən ayrılan futbolçu "Səbail"də

Premyer Liqanın debütantı olan "Səbail" heyətini yeni futbolçularla gücləndirib.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi "Neftçi"dən ayrılan Murad Ağayevi heyətinə cəlb edib. 24 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Ötən mövsümün əvvəlindən "Səbail"də çıxış edən Təyyar Məmmədov "Neftçi"dən 6 aylıq, qış fasiləsində komandaya qoşulan Orxan Qurbanlı isə 1 illik icarəyə götürülüb.

Ötən mövsümdən komandamızın sıralarında olan Eltun Yaqublu da daha bir il "aslanlar" klubunun şərəfini qoruyacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right