"Qəbələ"nin futbolçusu: "Bunun nəticəsini qarşıdakı matçlarda görəcəyik"

İyunun 3-də Bakıda bir araya gələn “Qəbələ” ayın 7-dən hazırlıqlarını Avstriyada davam etdirir.

Newsport.az-ın məlumatına görə, komandanın yarımmüdafiəçisi Elvin Camalov klubun saytına saytına açıqlamasında təlim-məşq toplanışının arxada qalan hissəsini dəyərləndirib:

“Ümumilikdə 12 gündür yeni mövsümün hazırlıqlarına start vermişik. Avstriyadakı təlim-məşq toplanışının da artıq bir həftəsi arxada qalıb. Hazırlıq prosesi məşqçilərin verdiyi proqram üzrə davam edir. Hesab edirəm ki, hər şey plana uyğundur. Məskunlaşdığımız Fulpmes çox gözəl qəsəbədir. Bura çox gözəl mənzərəyə malik yerdir. Təbiəti də göz oxşayır”.

Camalov toplanış prosesinin yeni mövsümdə bəhrəsini verəcəyini düşünür: “Burada keçdiyimiz təlim-məşq toplanışının nəticəsini qarşıdakı matçlarda görəcəyik. Artıq ilk yoxlama oyununu keçirmişik. Yerli komanda ilə görüşdük. Qarşıda daha 3 belə sınağımız olacaq. Bu toplanışda daha çox məşq etmək, güc toplamaq və üzərimizdə çalışmaq lazımdır. Yeni mövsümə tam hazır olmaq üçün bu hazırlıq prosesindən maksimum yararlanmalıyıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right