Samir Abasov: "Mənim üçün futbolçunun adı önəmli deyil"

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov müsahibə verib.

 

- Yeni transferlər haqda nə söyləyə bilərsiz?
- Mövsüm bitən kimi heyətdə əl gəzdirdik. Hətta çempionatın sonlarında bəzi futbolçuları gözaltı etmişdik. Yaxşı ki, cəld və vaxtında tərpəndik. İstədiyimiz oyunçuları komandaya gətirə bildik. Ötən mövsümki oyunumuz da bu futbolçuların komandamıza gəlməsində böyük rol oynadı. Yeni transferləri “Sumqayıt”a asan şəkildə gətirdik. Baxmayaraq ki, biz bu oyunçuları ötən il istəyəndə müxtəlif səbəblərdən komandaya gəlməkdən imtina etmişdilər. Bu mövsüm isə çox rahat oldu. Çempionata yaxşı hazırlaşmaq üçün vaxtımız var.

 

- Yeni transferlərin üzdə olan futbolçulardır. Yəqin ki, komandanın hədəfləri və məqsədləri də dəyişəcək...
- Bu futbolçular da məni yaxşı tanıyırlar. Hamı xasiyyətimə bələddir. Bilirlər ki, mənim üçün futbolçunun adı önəmli deyil. Yəni, ad mənim üçün əhəmiyyət kəsb etmir. Hədəfimizi rəhbərlik daha yaxşı cavablandıra bilər. İstəyirik ki, bütün oyunları yüksək səviyyədə keçirək. Hələ avrokubokları hədəf qoymaq üçün daha böyük işlər görmək lazımdır. Yeni transferlərə də inanıb gətirmişik. Avrokuboklara üçün yaxşı maliyyə lazımdır. Çempionat başlamamışdan əvvəl klub rəhbərliyi ilə görüş olacaq. Həmin toplantıdan sonra hədəf bəlli olacaq. Məncə, avrokuboklardan danışmaq tezdir. Mənim özüm üçün bu haqda nəsə demək çətindir.

 

- Komandaya hücumçu transfer ediləcək?

- Belə fikrimiz yoxdur. İki hücumçumuz var idi. Mirabdulla Abbasovu ötən mövsüm “Neftçi”dən icarəyə götürsək də bu il təəssüf ki, bu keçid baş tutmadı. Əvəzinə “Qəbələ”dən Ramil Hasanovu icarəyə götürdük. O da sırf hücumçudur. Ümid edirəm ki, ondan yararlanacağıq. Amil Yunanovla ona yeni mövsümdə güvənirəm. Bu səbəbdən hücumçu transferi düşünmürəm. 


- Komandanın formalaşdığını söyləmək olar?

- Çox güman ki, artıq transferimiz olmayacaq. Komanda formalaşıb. İstədiyimiz oyunçuları sıralarımıza qatmışıq. Qeyri-adi hadisə baş versə, o zaman transfer edəcəyik.

 

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right