Əliyar Ağayev: "Özümə də maraqlıdı ki, niyə UEFA-nın siyahısında yüksələ bilməmişəm"

"Birinci kateqoriyalı hakimlər siyahısına keçə bilməməyimin səbəbi özümə də maraqlıdı".

Newsport.az-ın məlumatına görə, bunu azərbaycanlı FİFA referisi Əliyar Ağayev deyib. UEFA Hakimlər Komitəsinin 2017-2018 mövsümü üçün açıqladığı siyahıda ikinci kateqoriyalı referilər siyahısında qalan Ə.Ağayev bildirib ki, birinci kateqoriyaya irəliləyəcəyini gözləyirdi:

"Fevralda İspaniyanın Malaqa şəhərində UEFA-nın təşkil etdiyi təlim-məşq toplanışında yüksək səviyyədə iştirak etmiş və normativlərdən də uğurla keçmişdim. Həm də təyinat aldığım oyunlardan yüksək qiymətlər almışdım. Gözləyirdim ki, yeni mövsümdən birinci kateqoriyalı referilər siyahısında olacağam. Amma siyahı ilə tanış olduqda 4 nəfərin birinci kateqoriyaya keçdiyini, 2 nəfərin isə elitdən birinci kateqoriyaya endiyini gördüm. Adımın yenə ikinci kateqoriyalılar siyahısında qalmasına səbəb tapa bilmirəm".

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun hazırda Bakıda olmadığını deyən Ağayev məsələyə yaxın müddətdə aydınlıq gələcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, Əliyar Ağayevin birinci kateqoriyaya keçəcəyi hələ 2016-cı ilin sonlarında gözlənilirdi. Bunu AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov UEFA Hakimlər Komitəsinin Azərbaycan üzrə kuratoru Nikolay Levnikova istinadən demişdi. Lakin qışda da siyahıda dəyişiklik baş verməyincə, Məmmədov iyunda irəliləyişin mütləq gerçəkləşəcəyini açıqlamışdı.

"Report"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right