Əliyar Ağayevin I kateqoriyaya keçidi baş tutmadı

UEFA birinci kateqoriyaya yeni qoşulan hakimlərin adlarını açıqlayıb. 

Newsport.az-ın məlumatına görə, azərbaycanlı FİFA referisi Əliyar Ağayevin birincilər sırasında yer alacağı gözlənilsə də, bu, baş tutmayıb. 

Birinci kateqoriyaya vəsiqə qazanan hakimlərin adları belədir: Daniel Stefanski (Polşa), Andreis Treimanis (Litva), Karlos Del Qerro Qrande (İspaniya), Oriel Qrinfeld (İsrail). 

Digər beynəlxalq dərəcəli hakimlərimiz Rəhim Həsənov və Ömər Paşayev isə III kateqoriyada qərarlaşıblar.

Qeyd edək ki, AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bir müddət öncə açıqlamasında bildirmişdi ki, Ağayev ilin sonunda ikinci kateqoriyadan irəliyə gedəcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right