AZAL-dan ayrılan futbolçu “Səbail”də

"Səbail" Emin Cəfərquliyevin də transferini rəsmən açıqlayıb.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. 

Son olaraq AZAL klubunda kapitanlıq sarğısını daşıyan Cəfərquliyev millimizin heyətində də çıxış edib.

Cəfərquliyev həmçinin "Neftçi", "Bakı", "Karvan", MOİK, "Simurq", "Sumqayıt", "Araz-Naxçıvan" və "Şuşa"nın da formasını geyinib.

Qeyd edək ki, "Səbail" daha öncə Kamal Qurbanov, Emin Mehdiyev, Yamin Ağakərimzadə, Aqşin Muxtaroğlu, Raul Yaqubzadə və Vüqar Nadirovun da transferini rəsmən açıqlamışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right