"Osmanlıspor"un sabiq futbolçusu "Zirə"də

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Zirə" baxışa yeni futbolçu dəvət edib.

Newsport.az-ın məlumatına görə, söhbət kamerunlu Josep Boumdan gedir.

Ötən gün "qartallar"ın Boludakı təlim-məşq düşərgəsinə qoşulan mərkəz müdafiəçisi bu gün Bakının "İnter" klubu ilə yoxlama görüşündə meydana çıxıb. O, son zamanlar oynamadığı üçün baxışa dəvət olunub. Futbolçu ilə bağlı yekun qərarı məşqçilər korpusu yoxlama görüşlərindən sonra verəcəklər. Əgər legioner futbolçunun çıxışı baş məşqçi Ayxan Abbasovu qane etsə, onunla rəsmi müqavilə imzalanacaq. Əhs halda, Boum bakılıların düşərgəsini tərk etməli olacaq. 

Boumlar nəslinin II nümayəndəsi olan Jozefin karyerası Türkiyə çempionatı ilə bağlı olub. O, karyerası ərzində "Mersin İdman Yurdu", "Antalyaspor", "Osmanlıspor" və "Qaziantep BB" kimi klublarda forma geyinib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right