AFFA iki klubu texniki məğlubiyyətlə cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az-ın məlumatına görə, qurum üzvləri həbəskarlar liqasında qeydə alınan xoşagəlməz olaylara hüquqqu qiymət veriblər. Qəbul olunan qərarlar aşağıdakılardı:

4 iyun 2017-ci il Azərbaycan Həvəskarlar birinciliyinin “Enginet” – “Ağdaş” matçının birinci hissəsi bitdikdən sonra “Ağdaş” komandası ikinci hissəyə çıxmaqdan imtina etmişdir. Təyin olunan vaxtda komanda meydanda olmadığına görə  0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

11 iyun 2017-ci il Azərbaycan Həvəskarlar birinciliyinin “Enginet” – “Bakı” matçınında “Enginet” komandası təhlükəsizliyi təmin etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 61).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right