Prosineçkidən son qərar: "Heç yerə getməyəcəm"

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Türkiyənin “Bursaspor” klubuna keçəcəyi ilə bağlı yayılan xəbərləri növbəti dəfə təkzib edib.

Newsport.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına verdiyi açıqlamada “yaşıl timsahlar”ın “sükanı arxası”na keçməyəcəyini deyib: “Mənim AFFA ilə müqaviləm ilin sonunda başa çatır. Növbəti dəfə demək istəyirəm ki, müqaviləmin sonuna qədər millidə qalacam. Mətbuat çox şey yaza bilər. Amma mən heç yerə getməyəcəm”.

Qeyd edək ki, Prosineçkinin AFFA ilə müqaviləsi cari ilin dekabr ayının 4-də başa çatacaq





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right