Üç futbolçu Boluda “İnter”ə qoşuldu

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “İnter” bir günlük istirahətdən sonra yenidən hazırlıqları davam etdirib.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi gün ərzində iki dəfə məşq edib.
Artıq müxtəlif yaş qruplarından olan millilərə dəvət almış futbolçular – Səlahət Ağayev, Tərlan Quliyev və Sertan Taşkın da komandanın düşərgəsindədi.
Qeyd edək ki, “İnter” bu gün toplanış çərçivəsində ikinci sınaq matçında digər təmsilçimiz “Zirə” ilə qarşılaşacaq. Oyun Bakı vaxtıyla 18.30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right