"Neftçi"dən 2 rəsmi transfer

"Neftçi” iki futbolçu ilə transferi rəsmiləşdirib.

Newsport.az-ın məlumatına görə, bu haqda klubun saytı yayıb. Müdafiəçi Məhəmməd Mirzəbəyov və qapıçı Rəşad Əzizli ilə müqavilə imzalanıb.

26 yaşlı Mirzəbəyov 2015-ci ildən etibarən Azərbaycan milli komandasının heyətində 15 oyun keçirib. 2011-2013-cü illərdə "Neftçi”də çıxış etmiş 23 yaşlı Əzizli isə 15, 17, 19 və 21 yaşadək yığma komandalarımızın üzvü olub.

Xatırladaq ki, M.Mirzəbəyov son mövsümü "Qəbələ", Rəşad Əzizli isə "Səbail"də keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right