"Qarabağ" loqosunu dəyişdi FOTO

“Qarabağ” bugündən etibarən loqosunda dəyişiklik edib.

Newsport.az-ın məlumatına görə, bu haqda klubun saytı məlumat yayıb. Məlumatda bildirilir ki, “Qarabağ” Futbol Klubu ölkə çempionatlarında ardıcıl dördüncü dəfə çempion olmaqla ümumilikdə bu sayı 5-ə çatdırıb.

“Bir çox dünya və Avropa klublarında adətən 5 çempionluq bir ulduzla qeyd olunur. “Qarabağ” FK bu təcrübədən yararlanaraq loqomuz üzərinə 1 ulduz əlavəsi yönündə fəaliyyətə keçib.

Klubumuzun loqosunda digər bir dəyişiklik isə “FK Qarabagh” ifadəsinin “Qarabağ FK”yla əvəzlənməsidir.

Klubumuz bu dəyişikliklərlə bağlı artıq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə də müraciət edib” – deyə məlumatda qeyd olunub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right