Qurban Qurbanov: "Çox istəyirəm ki, Rəşad Sadıqov başqa bir komandanın baş məşqçisi olsun"

"Rəşad həyatda ən yaxın dostumdu. Bu üzdən onun haqda geniş açıqlama vermək mənim üçün mənfi cəhət olar".

Newsport.az-ın məlumatına görəbu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib. Təcrübəli mütəxəssis "Neftçi"də və millimizdə uzun illər birgə oynadığı Rəşad Sadıqovla 2009-cu ildən "Qarabağ"dadır. Ancaq bu dəfə fərlqi ampulada. Qurbanov "Neftçi"dən sonra "Qarabağ"ın baş məşqçisi olduğundan Sadıqov bu komandada da onun rəhbərliyi altında çıxış edir.

45 yaşlı çalışdırıcı Rəşadın həyatda güvəndiyi ən birinci insanlardan olduğunu söyləyib: "Futbola gəlincə, Rəşad “Qarabağ”, Azərbaycan futbolu üçün böyük bir simvoldu. O, hal-hazırda da bu adı daşıyır. Çox vacib fiqurdu, bütün gənclərə örnək olası bir idmançıdı. O, nümunədi, xarakteri bütün idmançılarda olmalıdı. Rəşad haqda çox şey deyə bilərəm. Ancaq əfsuslar olsun ki, yaxın dostum olduğundan çox da tərif verməyəcəyəm. Sadəcə, bir şey deyə bilərəm ki, belə bir dostumun, idmançımın, futbolçumun olduğuna görə çox şadam. Sevinirəm ki, Azərbaycan futbolunda belə bir şəxsiyyət var".

Məlum olduğu kimi, Qurbanovun "Qarabağ"da köməkçiləri vaxtilə birgə oynadığı futbolçulardı. Bunlar Elçin Rəhmanov, Zaur Tağızadə, Müşfiq Hüseynov və qapıçılarla işləyən Elxan Həsənovdu. Maraqlıdır, Rəşad da bu sırada yer alaraq baş məşqçi köməkçisi olacaq? Qurbanovu dinləyək: "Rəşadın durumu tam fərqlidi. Bu gün ona hələ ki, futbolçu kimi baxıram. Sadıqov komandanın aparıcı oyunçusudu. Çempionat bitəndən sonra onunla ətraflı söhbətimiz olmayıb. Çox istəyərdim ki, Rəşad kimi məşqçi yanımda olsun. Futbolçu kimi öz yerində. Ancaq onu da çox istəyirəm ki, özü başqa bir komandanın baş məşqçisi olsun. Onda elə potensial, bacarıq var. Düşünürəm ki, elə də olacaq. Rəşad A katerqoriyasını aldı, indi Pro-nu oxuyur. Baş məşqçi kimi ilk çempionluğunu yaşadı. Bu, son mövsümdə "Qarabağ"ın baş məşqçisi kimi oldu. Fərqi yoxdur hansı yaş qrupu üzrədi, əsas nəticədi. Bu, Sadıqovun gələcək karyerası üçün çox böyük bir addımdı. Məşqçiliyini çempionluqla başladı. Pro kateqoriyası ilə bağlı kurlsları keçmək ünün Azərbaycana gələn bəzi mütəxəssislərlə, almaniyalı həmkarlarımla görüşüb söhbətləşirəm. Onların Rəşadın bacarğından, potensialından da çox böyük razılıqları var. Sadıqovu gələcəyin məşqçisi kimi qəbul edirlər. Buna çox sevindim. Azərbaycan futbolunun gələcəyində Rəşad kimi bacarıqlı, lider bir məşqçi kimi formalaşır".

Sport24.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right