Prosineçki bu gün AFFA rəhbərliyi görüşəcək

Millimizin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlama verib.
 
Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Azərbaycan – Şimali İrlandiya oyunundan sonra baş tutan mətbuat konfransında baş verən hadisələrdən  danışıb:
 
“Bursaspor” haqda ətraflı danışmaq istəmirəm. Bunu Şimali İrlandiya ilə oyundan öncə baş tutan mətbuat konfransında da demişdim. Ancaq oyundan sonra bu barədə sual verildi. Azərbaycanlı jurnalistlər son dəqiqədə buraxdığımız qol və acı məğlubiyyət haqda danışmaq əvəzinə daha çox “Bursaspor” barəsində danışmağımı istədilər. Çox qəzəbli idim”.
 
 
Prosineçki bu gün federasiya rəsmiləri ilə görüşəcəyini deyib:
 
 
“Mənim AFFA ilə dekabr ayının əvvəlinə qədər müqaviləm var. Amma bu gün rəhbərliklə görüşəcəyəm. Bundan sonra gələcəklə bağlı ətraflı danışmaq olar”. 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right