FİFA referimizin ailəsində faciə

Azərbaycanlı FİFA referisi Ömər Paşayevin ailəsinə ağır itki üz verib.

Newsport.az-ın məlumatına görə, istedadlı referinin qardaşı avtomobil qəzasında dünyasını dəyişib. 

Bu barədə "Futbol+" qəzetinə açıqlamasında ədalət təmsilçisi özü məlumat verib: "Heç vaxt unuda bilməyəcəyim hadisə ilə qarşılaşdım. Qardaşımı itirdim. Avtomobil qəzasında dünyasını dəyişdi. Orxan məndən 3 yaş kiçik idi, 26 yaşı vardı. Mən Minskidən qayıdandan, daha doğrusu, evə çatandan yarım saat əvvəl baş verib hadisə. Novxanı tərəfdə, Görədil yolunda qəzaya düşüb. Qardaş itkisi ilə barışmaq çətindi..."

Newsport.az saytının kollektivi referinin dərdinə şərik olur, ona və yaxınlarına səbr, mərhuma Allahdan rəhmət diləyir. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right