"Qəbələ" üstünlüyünü qoruya bilmədi

Rusiyanın Kaspiysk şəhərində keçirilən “Caspian Cup” turnirində pley-off mərhələsinin oyunlarına start verilib.

Newsport.az-ın məlumatına görə, “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası 5-8-ci yerlər uğrunda mübarizədə ilk oyununu keçirib.

“Qırmızı-qaralar” Rusiyanın “Yunost” komandası ilə qarşılaşıb. Oyuna fəal başlayan Rakif Əliyevin baş məşqçisi olduğu U-14 matçın 6-cı dəqiqəsində hesabı açıb. Komandanın heyyətində Vüsal Mirzəzadə fərqlənib. Lakin “Qəbələ” üstünlüyünü qoruya bilməyib. Şimallılar ilk yarıda üç, fasilədən sonra daha iki qol vuraraq 5:1 hesablı qələbə qazanıb.

Beləliklə, “qırmızı-qaralar” 7-ci yer uğrunda matçda mübarizə aparacaq. Komanda sabah keçiriləcək görüşdə Rusiya təmsilçisi “Ramzan”la qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right