Svanadze: "Çox sayda qol vəziyyətlərimiz oldu"

"Bolu Termal Otelin” stadionunda Kamerunun “"Colombe Sportive du Dja et Lobo" komandasını 1:0 məğlub edən “İnter”in baş məşqçisi Zaur Svanadze oyunla bağlı fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis çoxsaylı qol vəziyyətləri yaratdıqlarını bildirib.

Svanadze hazırlıq prosesindən razı qaldığını da bildirib: “Hazırlıq prosesi normal keçir. Məşq edirik. Şükür, zədəlimiz yoxdur. Bu gün Kamerun təmsilçisinə qarşı oyun keçirdik. Yaxşı oyun alındı. İki fərqli heyətlə oynadıq. Çox sayda qol vəziyyətlərimiz oldu, lakin yalnız birindən yararlana bildik. Realizasiyalar üzərində çalışmaları davam etdirəcəyik”.
 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right