"Sonadək mübarizə aparacağıq" Ramil Şeydayev

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Şimali İrlandiya ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra brifinq keçirib.
 
Newsport.az-ın məlumatına görə, gənc forvard əvvəlcə oyunu dəyərləndirib... 
 
- Daha yaxşı çıxış edirdik. Amma son saniyələrdə qol buraxdıq. Belə alındı. Bu, futboldur.
 
- Qol imkanlarınızdan yararlana bilməməyinizə nə mane oldu?
- Daha çox işləmək lazımdır ki, belə vəziyyətlərdən yararlana bilək və qalib gələk.
 
- Təkbətəkdən qolu niyə vura bilmədiniz: Top ayağınıza oturmadı?
- Xeyr, adi qaydada zərbə endirdim. Sadəcə, top qapıya getmədi. Yenə deyirəm: Daha çox işləməliyik ki, belə vəziyyətlərdən də yararlana bilək. 
 
- Demək olarmı ki, Şimali İrlandiya ilə görüşdən xalla ayrılmaq olardı?
- Bəli, 100 faiz belədir. Daha yaxşı oynayırdıq. 
 
- Nəticəni ədalətsiz sayırsınız?
- Demək olmaz ki, ədalətsiz nəticədir. Bunu Allah bilir. Sadəcə, belə alındı.
 
- Sonadək mübarizə aparacaqsınız?
- Nə etmək olar? Futbolu buraxaqmı? Əlbəttə, mübarizə aparacağıq. Hələ evdə 2 oyunumuz qalıb. Niyə də yox?! Azarkeşlər, özümüz, əzizlərimiz və yaxınlarımız, ölkəmiz üçün oynamalıyıq. 
 
- Növbəti mövsümü harada keçirəcəksiniz?
- "Jilina"da.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right