“Zirə” Türkiyə toplanışına start verdi

Mayın 24-dən Bakıda təlim-məşq toplanışına start verən “Zirə” hazırlığın ilk mərhələsini iyunun 9-da başa vurub.

Newsport.az-ın məlumatına görə, “qartallar” bu gündən etibarən hazırlığın ikinci mərhələsinə başlayıb.

Komanda Türkiyənin Bolu şəhərinə yola düşüb və elə bu gün də ilk məşqinə çıxıb. Hazırlığın bu mərhələsində baş məşqçi Ayxan Abbasov 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. “Zirə” iyunun 13-də Kamerunun “Kolombe Sportive”, 20-də isə Rumıniyanın “Vitorul” klubu ilə üz-üzə gələcək. Daha bir yoxlama oyunu isə iyunun 17-də və ya 16-da keçirilməlidi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right