"Futbolu biz oynadıq, rəqib qol vurdu" - Cavid Hüseynov

Şimali İrlandiya yığmasından alınan acınacaqlı məğlubiyyəti milli komandamızın yarımümdafiəçisi Cavid Hüseynov şərh edib. 

Newsport.az-ın suallarını cavablandıran “Qəbələ”nin futbolçusu məğlubiyyətə izah tapa bilmədiyini bildirib:

- Oyunun sonluğu niyə belə alındı?

- Biz oynadıq, onlar qol vurdu. Oyun ərzində cəmi bir real şansları oldu, onda da fərqləndilər. Bizim isə 3 şansımız oldu. İki dəfə Əfran İsmayılov, birində isə Ramil Şeydayev toru silkələməyə yaxın idi. Rəqib isə heç nədən sevindi. Özləri də buna inanmırdılar.
 
- Bəs, biz niyə fərqlənə bilmədik?

- Son nöqtəni qoya bilmədik. Bilmirəm söhbət diqqətli olmaqdan, ya başqa səbəb var. Fakt odur ki, qonaqlardan daha çox epizod yaratdıq, amma əməyimizin bəhrəsini görə bilmədik.
 
- Onların qol vuracağı ürəyinizə dammışdı?

- Xeyr, ürəyimə dammamışdı. Müdafiəçilərimiz yaxşı oynadılar. Baxmayaraq ki, rəqibin heyətində hündürboylu futbolçular çoxluq təşkil edirdi, boşluq vermirdilər. Həqiqətən də mübarizə apardıq, Şimali İrlandiyanın hər həmləsinə cavab verirdik. Niyə belə oldu? İzah etməyə söz tapmıram.
 
- Rəqibin bu cür oyuna üstünlük verəcəyinə hazır idiniz?

- Hər cür vəziyyətə hazır idik. Necə mübarizə apardığımızı gördünüz. Bütün hücumları dəf edirdik. Son dəqiqədə niyə belə oldu, anlamadıq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right