"Ən üzücü məğlubiyyətimizi aldıq" - Rəşad Sadıqov

“Çox danışa bilməyəcəm".

Newsport.az-ın məlumatına görə, bu sözləri milli komandamızın kapitanı Rəşad Sadıqov deyib.

DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə oyunda son dəqiqə qolu ilə 0:1 hesablı məğlubiyyətə üzülən yığmamızın futbolçusu çox qısa açıqlama verib.

Rəşad yığmanın ən üzücü məğlubiyyətini aldığını deyib: “Azərbaycan futbol tarixinin bəlkə də ən vacib matçı idi. Ən yaxşı oyunumuz və ən üzücü məğlubiyyətimiz də elə bu qarşılaşma oldu. Deməyə söz də tapmıram”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right