Qara Qarayev: “İnter” ilə keçirdiyimiz oyundakı şoku indi yenidən yaşayıram"

Dünya Çempionatının seçmə mərhələsində Azərbaycan millisi Şimali İrlandiyaya məğlub olub.

 

Newsport.az-ın məlumatına görə, yığmamızın üzvü Qara Qarayev məğlubiyyəti şərh edib:

 

"Ümumi saysaq, layiq olmadığımı məğlubiyyəti aldıq. Möhtəşəm futbol sərgilədik. Ancaq nəticə əldə edə bilmədik. Düşünürəm ki, dünyada futbolu məhz buna görə sevirlər. Hər şey çatışırdı. Sadəcə, qol vura  bilmədik. Necə oldu ki, qol buraxdıq. Mənə heç nə aydın olmadı. Vurmsaq belə, o qolu buraxmamalı idik. İtaliyanın “İnter” ilə keçirdiyimiz oyundakı şoku indi yenidən yaşayıram. Elə bilirəm ki, oyun heç-heçə bitib. Belə oyunla uduzmaq yaxşı olmadı. Şansızlıqla yaşadıq. Şimali İrlandiya heç də üstün oynamadı. Onlar həta oyunumuza görə taktiki dəyişiklik də etdilər. İlk hissədəki əvəzetmə zədə ilə bağlı deyildi. Baş məşqçimiz də futbolçu olub. Normal qarşıladı. Futbolda olan şeylərdi. Növbəti oyunlarda belə olmaz. Bu kollektivlə, azarkeşlərlə gələcəkdə böyük işlər görəcəyik”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right