Keyli Lafferti: "Qarabağ"dan təklif gəlsə, qəbul edərəm"

Azərbaycan millisi Dünya Çempionatının seçmə mərhələsində Şimali İrlandiyaya məğlub olub.

Rəqibin hücumçusu Keyli Lafferti Newsport.az-a  açıqlamasında qələbəni şərh edib:

"Oyun bizim üçün çox ağır keçdi. Azərbaycan millisi bizim üçün həyacanlı anlar yaşatdı. Sevinirəm ki, lazım olan nəticəni əldə etdib 3 xalı qazanaraq qrupdakı mövqeyimizi yaxşılaşdırdıq".

Britaniyalı hücumçu "Qarabağ"a keçidi haqda da danışıb:

"Onlardan mənimlə əlaqə saxlayan heç kimsə olmayıb. Amma "Qarabağ"dan təklif gələrsə, qəbul edərəm. Çünki Bakı mənim çox xoşuma gəldi. Mən burada qalıb futbol oynaya bilərəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right