Arif Əsədov: "Almeyda "Qarabağ"da özünü sübut edib" MÜSAHİBƏ

Bu gün Azərbaycan millisi Dünya Çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə qarşılaşacaq.
 
Newsport.az-a müsahibə verən təcrübəli məşqçi Arif Əsədov komandamızın qələbə şansını dəyərləndirib:
 
"Hamımız millidən yaxşı nəticə gözləyir. Çətin oyun olacaq. Artıq Şimali İrlandiya millisi bizimlə hesablaşmaq məcburiyyətindədir. Qrupda Azərbaycan millisi ilə birgə II pillə uğrunda mübarizə aparırlar. Bu səbəbdən də oyuna ciddi hazırlaşırlar. Buna baxmayaraq millimizin doğma meydanda oynaması böyük üstünlükdür. Yığmamız komandanın on ikinci üzvünün - azarkeşlərin dəstəyi ilə qazanmaq ixtiyarındadır. 
 
- Prosineçkinin meydana çıxaracağı heyyəti necə dəyərləndirərdiniz?
- Optimal "11-lik"dir. İndi hansı durumda olduqlarını bilmirik. Çünki hazırlıq oyunu keçirməyiblər. Amma uzun müddətdir ki, bir yerdə hazırlıq keçiblər. Baş məşqçi yəqin ki, optimal heyyəti meydana buraxacaq.
 
- Mətbuat konfransında Prosineçki Renat Dadaşovun bu oyuna hazır olmadığını bildirirdi...
- Bunu baş məşqçi daha yaxşı bilər. Onlar uzun müddətdir bir yerdədirlər. Prosineçki kimin hazır olub-olmadığını daha yaxşı bilir. Renat hələ cavandır. Bəlkə də təcrübəsizliyinə görə, belə vacib matçda ona şans verilməyib. Amma düşünürəm ki, gələcəkdə milli komandamıza çox böyük köməyi olacaq.
 
- Bu günkü məlumata görə, baş məşqçi onu 23 nəfərlik heyyətdən kənarda qoyub...
- Məşqçinin əsas heyyətdən əlavə 4-5 güvəndiyi futbolçu olur.  Nəticəyə uyğun olaraq həmin güclərdən istifadə edir. Prosineçki Renatı əlavə qüvvə kimi düşünmədiyindən ilk 23 nəfərlik siyahıdan çıxardıb. Burada başqa bir məqam olduğuna inanmıram. Çünki Renatı milli komandaya qazandırmaq üçün çox çətin proseslərdən keçilib. 
 
- Almeyda debüt oyununda faydalı ola biləcəkmi?
- Onun oyun səviyyəsinə hamımız bələdik. Almeyda "Qarabağ"da özünü sübut edib. O da əlindən gələni edəcək ki, debüt oyununda komandaya xeyri dəysin. Cavan futbolçu da deyil ki, həyacan filan keçirsin. Düşünürəm ki, ilk dəqiqələrdən yüksək keyfiyyətli oyun nümayiş etdirəcək.
 
- Sizcə, bu gün millimiz hansı nəticəni əldə edəcək?
- Konkret hesab söyləmək çətindir. Amma düşünürəm ki, azarkeşlərimizin önündə məğlub olmayacağıq. Millimiz azı heç-heçə edəcək. Amma könlümüzdən təbii ki, qələbə keçir.
 
İlkin Sultanlı




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right