"Səbail" hazırlıqlara başlayır

"Səbail" iyunun 12-dən məşqlərə start verir.
 
Newsport.az-ın məlumatına görə, debütant Samir Əliyevin rəhbərliyi altında 12 iyundan etibarən "Dalğa Arena"da hazırlıqlara başlayacaq.
 
Komanda iyulun 6-na qədər məşqlərini Bakıda davam etdirməsi planlaşdırılıb. "Səbail"in bu müddətdə 3 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Rəqiblərin adı isə hələlik məlum deyil.
 
"Səbail" iyulun 6-dan sonra toplanış üçün ölkə xaricinə üz tutacaq. Toplanışla bağlı yaxın günlərdə əlavə məlumat veriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right