Prosineçki: "Renat Dadaşov sabahkı oyuna hazır deyil"

Dünya Çempionatının seçmə mərhələsində sabah Azərbaycan millisi Şimali İrlandiya ilə qarşılaşacaq.
 
Newsport.az-ın məlumatına görə, yığmamızın baş məşqçisi Robert Prosineçki oyunöncəsi mətbuat konfransında matçı şərh edib:
 
"Uzun müddətdir hazırlıq keçirik. Kubok oyunundan sonra millinin üzvlərinə fasilə verdik. Sonra Avstriyada toplanışa getdik. Son 6 gündür ki, intensiv məşq edirik. Bu şəraitə görə təşəkkür edirəm. Komanda matça hazırdır. Mən də məğlubiyyəti unutmamışam. Sabah bizə dəstək lazımdır. Hamı matçın vacibliyini dərk edir".
 
Xorvatiyalı mütəxəssis daha sonra sualları cavablandırıb:
 
- Hazırlıq prosesində yoxlama oyunu keçirməməsi komandaya nə qədər təsir edəcək?
- Sözsüz ki, məşq oyunu olsaydı, daha yaxşı olardı. Təəssüf ki, rəqib tapa bilmədik. Komandada motivasiya yüksəkdir. Hamı meydana çıxmaq istəyir. Nəticəni əvvəlcədən bilmək olmur. Amma komandada hər şey qaydasındadır. Ümid edərəm ki, sabah matçdan sonra hamı qələbə haqda danışacaq.
 
- Həmişəki kimi indi də ilk "11-liy"i açıqlayacaqsınızmı?
- Əsas heyyətlə bağlı deyə bilərəm ki, bəzi futbolçular məşqdə zədə alıblar. Hamı yerində olsa, Kamran, Rəşad, Bədavi, Maksim, Pavel, Cavid,  Nazarov, Qara, Riçard, Əfran, Şeydayev ilk "11-lik"də yer alacaqlar.
 
- Rəqibinin baş məşqçisi bildirdi ki, Prosineçkidən bir çox surprizlər gözləyirəm.,
- Bu, rəqibin baş məşqçisinin fikirləridir. Onlar bizim oyunları izləyiblər. Təbii ki, çətin oyun olacaq. Sözsüz ki, bu, sevindiricidir. Sabah qələbə üçün mübarizə aparacağıq.
 
-Riçard Almeyda "Qarabağ"dakı kimi millidə də uğurlu ola biləcək?
- Buna qaranti verə bilmərəm. Sabah onun ilk oyunudur. Riçard çalışqan futbolçudur. 6 ildir ki, Bakıdadır. O, məşqlərin ağırlığına tab gətirir. Ümid edirəm ki, Riçard millimiz üçün uğurlu olacaq.
 
- Son 15 dəqiqədə bərabərlik olsa, oyun sistemini dəyişəcəksinizmi?
- Bunu dəqiq deyə bilmərəm. 2 hücumçu ilə meydana çıxmaq o demək deyil ki, biz daha çox hücum edəcəyik. Amma 2 hücumçulu sitemə keçmək sabah oyunun gedişatında bilinəck.
 
- Renat Dadaşov sabah millidə debüt edə biləcək?
- O, istedadlı hücumçudur. Onunla bağlı planlar böyükdür. Amma sabahkı oyun üçün tezdir. O, "Ayntraxt"ın U-19 və əvəzedici heyyətində yaxşı çıxış edir. Gələcəkdə bizə çox köməyi olacağına əminəm.
 
- Almeydanın Şimali İrlandiyaya problem yaradacağına inanırsınız?
- Ümid edirəm. Təkcə Riçard yox bütün komanda meydanda qələbə üçün mübarizə aparacaq. Azarkeşlərin də dəstəyi həm bizə, irlandların oyununa təsir edəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right