PSJ-nin yetirməsi "Zirə"də RƏSMİ

Avropa Liqasının təsnifat mərhələsinə hazırlaşan “Zirə” daha bir futbolçu ilə güclənib.

 

Newsport.az-ın məlumatına görə, Mərkəzi Afrikalı David Manqa “qartallar”ın sıralarına qoşulub. Hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.


28 yaşlı David Manqa Fransanın PSJ klubunun yetiriməsidir. Futbolçu karyerası ərzində Almaniya, İsrail və Serbiyada da çıxış edib. Manqanın son klubu İsrailin “Hapoel Aşkelon” klubu olub.

 

David 2010-cu ildən Mərkəzi Afrika Respublikasının yığma komandasında çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right