Miçel daha 2 il "Qarabağ"da

"Qarabağ” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.
 
Newsport.az-ın məlumatına görə, klub sözləşməsi başa çatan yarımmüdafiəçi Migel Markos Madeyrayla (Miçel) yeni müqavilə imzalayıb.
 
İspaniyalı daha iki il komandanın formasını geyinəcək.  Dünən Bakıya gələn futbolçu bu gündən etibarən məşqlərə qoşulacaq.
 
31 yaşlı yarımmüdafiəçi 2015-ci ilin yayında komandaya transfer olunub və ümumilikdə 71 oyuna( 49 Premyer Liqa, 10 Azərbaycan kuboku və 12 avrokubok) çıxıb, bu qarşılaşmalarda 15 qolla ( 8 Premyer Liqa, 5 ölkə kuboku və 2 avrokubok) yadda qalıb.
 
Xatırladaq ki, "Qarabağ" bir müddət öncə Qara Qarayev, Əfran İsmayılov və Ansi Aqolli ilə yeni müqavilə imzalamışdı.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right