Prosineçki "Bursaspor"a keçidi haqda danışdı

Millimizin baş məşqçisi Robert Prosineçki Türkiyənin “Bursaspor”un sükanı arxasına keçəcəyinə dair iddialara münasibət bildirib.
 
Newsport.az-ın məlumatına görə, “Sportske Novosti” nəşrinə danışan 48 yaşlı mütəxəssis “timsahlar”ın rəsmiləri ilə 3 ay əvvəl təmasda olduğunu, hazırda yığma komanda haqda düşündüyünü deyib:
 
"Son 20 gün ərzində milli komanda ilə birgə olmuşam, Bakıda və Avstriyada təlim-məşq toplanışı keçmişik. Şimali İrlandiya yığmasına qarşı şənbə günü keçirəcəyimiz böyük və vacib oyuna hazırlaşırıq”.
 
Xorvatiyalı baş məşqçi tsklın sonuna kimi hansısa kluba keçidi haqda düşünmədiyini bildirib: 
 
"Azərbaycan millisi ilə 2018-ci il dünya çempionatının seçmə mərhələsinin sonuna qədər müqaviləm var. Böyük iş görmüşük. Mən gələn zaman yığma FİFA reytinqində 132-ci pillədə qərarlaşmışdı. Hazırda isə 76-cı sıradadır. Bütünlüklə qarşıdakı oyuna köklənmişəm. Qələbə bizi ikinci pilləyə yüksəldə bilər. Oyuna konsentrasiyamıza heç nə mane olmasa, bunu bacararıq”.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right