"İnter"in Türkiyədə üçüncü günü

Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün iki dəfə məşq edib.

Newsport.az-ın məlumatına görə, səhər məşqində əsas diqqət trenajor alətlərində müxtəlif fiziki hərəkətlərin yerinə yetirilməsinə yönəldilib.

Axşam məşqində isə futbolçular topla davranış hərəkətlərini yerinə yetirməklə yanaşı, iki komandaya ayrılıb futbol oynayıblar. Axşam məşqi qapılara zərbə endirilməsilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right