Qara Qarayev: "Azərbaycan millisi tarixinin ən vacib matçına çıxacaq" MÜSAHİBƏ

Millimizin və "Qarabağ"ın üzvü Qara Qarayevin Newsport.az-a müsahibəsi...
 
- 2 gün sonra Dünya Çempionatının seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşacaqsınız. Oyuna hazırlıq necə gedir?
- Hazırlığın son mərhələsindəyik. 2 gün sonra oyunumuzdur. Düşünürəm ki, Azərbaycan millisi tarixinin ən vacib matçına çıxacaq. Bu qarşılaşmada əldə edəcəyimiz nəticə yığmamızı və futbolumuzu daha yaxşı yerlərə götürə bilər. İşimiz çox çətin olacaq. Hansı cəhədləri yaxşı, hansı pis olacaq bilirik. İnşallah çalışacağıq ki, öz meydanımız qələbə qazanaq və azarkeşlərimizi sevindirək.
 
- Komandada ab-hava necədir?
- Hamı qələbəyə köklənib. Hər kəs qalib olmaq istəyir. Bu da bizim işimizi asanlaşdıracaq. Bütün futbolçular çox həvəslə məşqlərdə iştirak edirlər. Burada olan hamı ilk "11-liy"ə layiqdir. Hər kəs arzulayır ki, bu oyunda meydana çıxsın. Ab-hava əladır. Heç bir problem yoxdur. Hər kəs ciddi şəkildə oyuna hazırlaşır.
 
- Şimali İrlandiyaya qarşı yeni forma ilə meydanda olacaqsınız...
- Bu, federasiyyanın verdiyi qərardır. Bizim üçün fərqi yoxdur "Nike" və ya "Umbro". Bu haqda düşünmürük və oyuna köklənmişik.
 
- "Qarabağ"dan komanda yoldaşın Riçard Almeyda artıq millinin üzvüdür.
- Riçardı bura gətirən federasiya, dəvət edən məşqçi bilir ki, onun gücü nədir, hansı funksiyaları bacarır. Onlar bu potensialı Riçardda görüb braziliyalını milliləşdirdilər ki, faydalı olsun. Düşünürəm ki, anlaşma baxımından heç bir problem olmayacaq. Çünki elə oyunlar olur ki, millinin heyyətində 4-5 komanda yoldaşı oynayır. Düşünürəm ki, bu Riçardın işini asanlaşdıracaq.
 
- Qarşıdakı matçdan hansı nəticəni gözləyirsən?
- Düşünürəm ki, məğlub olmamaq bizim üçün uğurlu nəticə sayıla bilər. Ən azı bərabərlik və qalib gəlməyi düşünürəm.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right