"Neftçi"də yeni təyinatlar

“Neftçi” klubunda iki yeni təyinat təsdiqini tapıb.
 
Newsport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Kamal Quliyev və Eldəniz Yusifov bundan sonra paytaxt klubunda fəaliyyət göstərəcək.

 

“Ağ-qaralar”ın sabiq futbolçusu və məşqçisi Kamal Quliyev Futbol Akademiyasının baş seleksiyaçısı vəzifəsini icra edəcək. Eldəniz Yusifov isə əsas komandanın baş meneceri vəzifəsinə təyin olunub.


Qeyd edək ki, Kamal Quliyev 1997-2002-ci illər ərzində "Neftçi”də çıxış edib, 135 oyunda 24 qol vurub. O, 2011-2014-cü illərdə əsas komandada məşqçi vəzifəsini yerinə yetirib. Eldəniz Yusifov isə 2005-2017-ci illər ərzində AZAL klubunda müxtəlif vəzifələrdə çalışıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right