Öncə Onil, sonra Prosineçki

DÇ-2018-in seçmə mərhələsində iyunun 10-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, hər ikisi sabah, yəni oyundan 1 gün öncə olacaq. 

9 iyun

Şimali İrlandiya

Saat 18:15. Mətbuat konfransı

Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

 

Azərbaycan milli komandası

Saat 19:45. Mətbuat konfransı

Saat 20:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

 

Hər iki məşq və mətbuat konfransı matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right