Çitronun agenti "Qarabağ"a keçidi haqda danışdı AÇIQLAMA

"Qarabağ"ın maraqlandığı "Trapani"nin hücumçusu Nikola Çitronun agenti Alberto Berqossi açıqlama verib.
 
Newsport.az-ın məlumatına görə, O, forvardın komandasından ayrılacağını bildirib:
 
"Çitronun müqaviləsi iyunda başa çatacaq. Komandanın aşağı liqaya düşməsindən sonra onun "Trapani"ni tərk edəcəyi dəqiqdir, burda qalmayacaq. B Seriyasında çıxış edən bir neçə komanda Çitroya maraq göstərir. Ötən il "Spal", "Karpi", "Bari" və "Evellino" kimi klublarla danışıqlar aparmışam. Hazırda Çitro üçün daha çox maraq göstərən komanda Azərbaycanın "Qarabağ" klubudur. Bu yaxınlarda isə oyunçum məndən Çempionlar Liqasında mübarizə aparacaq komanda haqda geniş informasiya aldı"
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right