“Qəbələ” mərkəz müdafiəçisi ilə anlaşdı

“Qəbələ” Azərbaycan milli komandasının sabiq üzvü Rasim Ramaldanovla yeni müqavilə barəsində razılıq əldə edib.

Mövsümlə birgə müqaviləsi başa çatan və hətta komandadan gedəcəyi deyilən təcrübəli müdafiəçi heyətdə qalıb. 

Newsport.az saytının məlumatına görə, yeni müqavilənin müddəti 1 il olacaq. Ramaldanov bu gün komanda ilə birgə Avstriya təlim-məşq toplanışına yollanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right