"Neftçi" "Anji" ilə qarşılaşacaq

 

“Neftçi”nin U-14 komandası iyunun 6-dan 11-dək Rusiyanın Mahaçqala şəhərində keçiriləcək "Caspian Cup-2017” beynəlxalq turnirində iştirak edəcək.

 

Newsport.az-ın klubun saytına istinadən məlumatına görə, 8 komandanın 2 qrupda mübarizə aparacağı turnirdə "ağ-qaralar”ın rəqibləri "Dinamo” (Tbilisi), "Yunost” (Vladiqafqaz) və "Anji” (Mahaçqala) olacaq.

 

Komanda B qrupundakı ilk oyununu bu gün Tbilisi "Dinamo”suna qarşı keçirəcək. İyunun 7-də "Yunost”la qarşılaşacaq "Neftçi”nin bundan bir gün sonrakı rəqibi "Anji” olacaq. Təmsilçimizin qrup oyunları Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

 

Qeyd edək ki, "Qəbələ” klubunun da yer aldığı digər qrupda "Krasnodar” (Krasnodar), "Ramzan” (Qroznı) və "Rostov” (Rostov) komandaları yarışacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right