Prosineçki: "Bakıda əhəmiyyətli görüş baş tutacaq"

Milli komandamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığmasını qəbul edəcək.

 

Newsport.az-ın məlumatına görə, Azərbaycanın baş məşqçisi Robert Prosineçki "Belfast Telegraph"a açıqlama verib. 

 

Xorvatiyalı mütəxəssis oyuna ciddi hazırlaşdıqlarını bildirib:

 

"Şimali İrlandiya ilə oyuna ciddi hazırlaşırıq. Matça yaşı köklənmişik. Hesab edirik ki, bu qarşılaşma dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün vacib oyundur. Bizim üçün həlledici şanslardan biridir. Bu baxımdan çox ciddi hazırlıq keçirik. Avstriya toplanışı bizə çox kömək olacaq. Bakıda əhəmiyyətli qarşılaşma baş tutacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right