"Qəbələ" 2 futbolçu ilə yollarını ayırdı

2017/18 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” daha iki futbolçu ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, polşalı qapıçı David Pietrzkieviç və gənc müdafiəçi Murad Musayev yeni mövsümdən “qırmızı-qaralar”ın formasını geyinməyəcək. Bunadək isə komanda Daniel Subotiç, Rafael Santos, Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Teo Uiks, Sergey Zenyov, Rəşad Eyyubov və Nika Kvekveskiri ilə yollarını ayırmışdı. 

2013-2014 və 2015-2017-ci illərdə “Qəbələ”də çıxış edən Pietrzkieviç “qırmızı-qara” formada 14 oyun keçirib. Polşalı qapıçı bu görüşlərdə 17 top buraxıb. O, Premyer Liqada 12 (-11 qol), ölkə kubokunda 1 (-2 qol) və Avropa Liqasında 1 (-4 qol) oyunda iştirak edib.

2012/13 mövsümündən “Qəbələ”nin əsas komandasında çıxış edən Musayev 9 matç keçirib. Müdafiəçi Premyer Liqada 8, Azərbaycan kubokunda 1 görüşün iştirakçısı olub.

“Qəbələ” İdman Klubu Pietrzkieviç və Musayevə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right