“Qəbələ”dən iki rəsmi transfer FOTO

2017-18 mövsümünün hazırlıqlarına start verən “Qəbələ” iki futbolçunun transferini rəsmən açıqlayıb.

Newsport.az-ın məlumatına görə, söhbət qapıçı Aqil Məmmədov və yarımmüdafiəçi Elvin Məmmədovdan gedir.

Bunadək İlqar Qurbanovla müqavilə bağlayan “qırmızı-qaralar” həm Aqil, həm də Elvinlə 1 illik müqavilə imzalayıb.
 
1989-cu il mayın 1-də Naxçıvanda anadan olan Aqil Məmmədov karyerasına “Bakı”da başlayıb. Paytaxtın eyniadlı komandası (2007-2014) və “Neftçi”də (2015-2016) çıxış edən qapıçı 2016/17 mövsümünü AZAL-da keçirib. Azərbaycanın U-21 yığmasında oynamış qolkiper 2015-ci ildə əsas milli komandada debüt edib. O, millidə 1 oyuna çıxıb.
 
1988-ci il iyunun 18-də Tovuzda anadan olan Elvin Məmmədov peşəkar karyerasına 2005-ci ildə “Turan”da başlayıb. 2007-ci ilədək bu komandada çıxış edən yarımmüdafiəçi sonradan “İnter” (2008-2009, 2014-2015), “Qarabağ” (2009-2011, 2015), “Bakı” (2011-2014) və “Zirə”nin (2016) şərəfini qoruyub. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış Məmmədov 2008-ci ildə əsas milli komandada debüt edib. Elvin millinin heyətində 37 oyun keçirib, 7 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right